Bu ölkələr çökəcək - SİYAHI
Bizi izləyin

Dünya

Bu ölkələr çökəcək - SİYAHI

“Deutsche Bank”ın rəhbəri Anşu Ceyni isə güclü tərəddüdlərin davam edəcəyi, amma vəziyyətin 1997-ci il “Asiya böhranı” öncəsi vəziyyətdən çox uzaq olduğu qənaətindədir.

Keçid iqtisadiyyatına malik və il boyu sürətli artıma nail olan ölkələrdə əlvan dövr sona yaxınlaşıb. Həyəcanlı xatirələr qayıdır. Argentina pesosunun dəyəri sürətlə aşağı düşür. Türkiyə Mərkəzi Bankı lirənin dəyərinin aşağı düşməsinin qarşısını almaq üçün faiz dərəcələrini iki dəfə yüksəltməyə məcbur oldu. Eyni addımı Cənubi Afrika Respublikasının Mərkəzi Bankı da atdı.

Publika.Az –ın verdiyi xəbərə görə, Almaniyanın “Die Welt” qəzeti dünyanın bir sıra ölkələrində qarşıdakı dönəmdə ciddi iqtisadi tənəzzülün olacağını proqnozlaşdırır.Qəzetin yazarı Sebastian Yost bildirir ki, son iki həftə ərzində təcrübəli investorlar onların 1997-ci il böhranı dövrünə qayıdacağı ilə bağlı narahatlıq keçirirlər. Yada salaq ki, 1997-ci il dünya iqtisadiyyat tarixində “Asiya böhranı” olaraq xatırlanır.

Keçid iqtisadiyyatının olduğu ölkələr son on ildə orta hesabla illik 6,5 faiz iqtisadi artıma nail olublar. “Commerzbank”ın baş iqtisadçısı York Kremer bildirir ki, bu inkişaf etmiş ölkələrin iqtisadi artım göstəricilərindən təxminən üç dəfə çoxdur. Bu ölkələrin iqtisadi artım göstəricilərində fərq bəzən 6 faiz təşkil edirdi.

“Die Welt”ın yazarı bildirir ki, ABŞ Mərkəzi Bankın azad pul siyasəti həyata keçirməyə başlaması ilə bu dövr sona yaxınlaşdı. Y.Kremer də bildirir ki, bundan sonra keçid iqtisadiyyatının olduğu ölkələrdə iqtisadi artım göstəricilərinin normallaşması başlanacaq. Ekspertlər bəzi ölkələrin “qəzalı vəziyyət”ə düşə biləcəyini təxmin edir. “Keçid iqtisadiyyatına malik ölkələr təhdid altındadır”, - Londonda yerləşən “Berenberg Bank” baş iqtisadçısı Xolqer Şmidlinq danışır.

“Böhran ölkələri” siyahısına isə Venesuelanın başçılıq edəcəyi bildirilir. Ümumilikdə isə 2014-cü ildə böhran yaşayacaq ölkələr hansılar ola bilər? Amerika iqtisadi tədqiqat mərkəzi “IHS Welt am Sonntag”in nəşri bu siyahıya düşəcək potensial namizədlərin adını açıqlayıb. Ekspertlər həm iqtisadi göstəriciləri, həm də siyasi vəziyyəti təhlil edərək siyahını hazırlayıblar.

Böhran reytinqinə Venesuela başçılıq edir. Ekspertlər Venesuelada 2014-cü ildə iqtisadi böhran ehtimalının 42 faiz olduğunu düşünürlər. Ölkədə iqtisadi böhranının olacağını xəbər verən amillər ixracın zəif göstəriciləri, kapital axının aşağı olması və valyuta böhranıdır. Bütün bunlara isə prezident Uqo Çaveşin ölümündən sonra yaranan qeyri-sabit siyasi vəziyyət də əlavə edilir.

Böhran reytinqində ikinci yerdə Misir yerləşib. Bu ölkədə də Venesuelada olduğu kimi ixracın zəif göstəriciləri, kapital axının aşağı olması, valyuta böhranı və siyasi planda qeyri-stabil vəziyyət böhran üçün risk yaradır. Uçüncü yerdə ildə dövlət büdcəsində yüksək kəsirin olduğu Argentinadır. İqtisadçıların fikrincə, böhran öncəsi vəziyyət xammal ixracından asılı olan Rusiya, qeyri-stabil siyasi vəziyyətin olduğu Nigeriya və Cənubi Afrika Respublikasında da müşahidə olunur. Sonuncu iki ölkədə tez-tez işçilərin tətilləri keçirilir. Böhran riskinin yüksək olduğu digər ölkələr isə Hindistan, Tailandda və Türkiyədir. Hindistandan fərqli olaraq Tailand və Türkiyədə siyasi vəziyyət xoşagələn deyil.

IHS ekspertlərinin proqnozları bir çox hallarda digər iqtisadçıların proqnozları ilə üst-üstə düşür. Belə ki “Morgan Stanley” investisiya bankı Cənubi Afrika Respublikası, Hindistan, Tailand və Türkiyəni böhrana meyilli ölkələr hesab edir. Potensial böhran ölkələri isə Braziliya, Meksika və hakimiyyət əleyhinə nümayişlərin davam etdiyi Ukraynadır.

Amma iqtisadçıların əksəriyyəti bu fikirdə həmrəydirlər ki, bu ölkələrdə hələlik böhran haqqında danışmaq və 17 il əvvəlki “Asiya böhranı” ilə lik müqayisə etmək istəmirlər.“Baxmayaraq ki, 2014-cü ildə bəzi ölkələrdə ciddi iqtisadi enmə başlana bilər. Keçid iqtisadiyyatı ölkələrinin əksəriyyətində iqtisadi artımın yavaşlanması gözlənilir”,- HIS-in iqtisadçısı Farid Abolfati bildirir. Amma bir çox ölkələrdə vəziyyətin 1997-ci illə müqayisədə daha yaxşı olduğunu qeyd edir.

“Deutsche Bank”ın rəhbəri Anşu Ceyni isə güclü tərəddüdlərin davam edəcəyi, amma vəziyyətin 1997-ci il “Asiya böhranı” öncəsi vəziyyətdən çox uzaq olduğu qənaətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm