Gərdəkdə faciə: 20 yaşlı sevgililərin toyu yasa döndü
Bizi izləyin

Dünya

Gərdəkdə faciə: 20 yaşlı sevgililərin toyu yasa döndü

Toy gecəsi vəziyyəti pisləşən bəy xəstəxanada dünyasını dəyişib.

Publika.az xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Samsun şəhərində baş verib. İnfarkt keçirən 20 yaşlı Erkay Aktaşı həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək olmayıb.

Məlumata görə, 3 ay əvvəl tanış olduğu sevgilisi ilə ötən gün ailə quran Aktaş toy günü axşam özünü pis hiss etdiyini deyib.

Təşkil edilən toy məclisindən sonra evlərinə gedən bəy-gəlin həkimə getməkdən imtina ediblər. Ancaq gecə saat 03:00-da təzə gəlin Mərvə Aktaş qayınanasına zəng edərək həyat yoldaşnının halının pisləşdiyini deyib.

Oğlunu huşsuz vəziyyətdə tapan ana Mərvə Aktaş evə təcili yardım çağırıb. Xəstəxanaya yerləşdirilən bəyin infarkt keçirərək dünyasını dəyişdiyi məlum olub.

Hadisədən şoka düşən 50 yaşlı ata Recep Aktaş oğlunun heç bir xəstəlikdən əziyyət çəkmədiyini deyib: "Bir-birilərini sevərək evləniblər. Çox gözəl toyları oldu. Axşam evə yola saldıq. Gecə isə bu olay baş verdi. Mənim oğlum xəstə deyildi. Gəlinimiz şok vəziyyətindədir. Onun da vəziyyəti pisdir. Hazırda psixoloji yardım alır".

Hadisə yerinə gələn şəhər hüquq-mühafizə orqanları faktla bağlı cinayət işinin açıldığını bildiriblər.

Firuzə Muradova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm