Suriya-Türkiyə sərhədində gərginlik, qadın minaya düşdü
Bizi izləyin

Dünya

Suriya-Türkiyə sərhədində gərginlik, qadın minaya düşdü

Kürd əsilli suriyalıların “İslam Dövləti”nin (İŞİD) hücumlarından qaçaraq Türkiyəyə sığınmaq istəyi növbəti qarşıdurma ilə nəticələnib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə-Suriya sərhədinin Şanlıurfa vilayətinin Suruç mahalı hissəsindən keçmək istəyən kürdlərin gözlədilməsi bölgə əhalisinin etirazı ilə qarşılanıb.

Təxminən 100 nəfərlik qrup polis və əsgərlərin üzərinə daş atmağa başlayıb. Nəticədə vətəndaşlarla təhlükəsizlik gücləri arasında qarşıdurma yaranıb. Hərbçilər və polislərin kütləni bibər qazı və təzyiqli su ilə dağıtmağa çalışdığı xəbər verilir. Bundan sonra sərhədə toplaşan izdiham oradan uzaqlaşmaq məcburiyyətində qalıb.

Məlumata görə, Suriya tərəfindən sərhədə yaxınlaşan 50 yaşlarındakı bir qadın minaya düşüb. Qadın Suruç dövlət xəstəxanasına aparılıb.

Sərhəd xəttindəki gərginlik davam edir. Suriyalı qaçqınların isə hələ də sərhədin Suriya tərəfindən Türkiyəyə keçmək üçün gözlədiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm