• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qorbaçovdan III Dünya müharibəsi açıqlaması – VİDEO

  • Dünya
  • 19 Sentyabr 2014 16:33
  • 1 026 Baxış
Qorbaçovdan III Dünya müharibəsi açıqlaması – VİDEO

Keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Ukrayna hadisələrinin alovlanmasında ABŞ hərbçilərinin maraqlı olduğunu dilə gətirib.

Axar.az xəbər verir ki, o, bu barədə İsveçrə telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, həmin şəxslər münaqişədə olan tərəflərə silah satmaqla və tarixin arxivinə atılmış “Silahlanma yarışı”nı bərpa etməklə bu müharibədə “əllərini isindirmək” istəyirlər.

Hazırda qlobal arenada həyata keçirilən siyasəti ciddi tənqid edən Qorbaçov bildirib ki, Soyuq müharibə dönəmindən sonra dünya ölkəri yavaş-yavaş sülh şəraitində yaşamağın mümkünlüyünə alışmışdılar:

“Lakin silah dəllalları hər vəchlə bu sabitliyi pozmağa çalışırlar. Bizləri də III Dünya Müharibəsinin hər an başlayacağı ilə təhdid edirlər və insanları bu təhlükəyə vərdiş etdirirlər”.

Xatırladaq ki, Qorbaçovun müsahibədəki bəzi fikirləri Avropada ciddi rezonansa səbəb olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR