71 yaşlı kişi 22 yaşlı qızı zorladı, "qəza oldu" dedi - FOTO
Bizi izləyin

Dünya

71 yaşlı kişi 22 yaşlı qızı zorladı, "qəza oldu" dedi - FOTO

Gənc qız yaşlı kişinin təcavüzünə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib. İşə gedən gənc qız onu izləyən 71 yaşlı Muğdat Çeberin cinsi istismarına məruz qalıb. Öncə qıza əllə təcavüz edən yaşlı kişi hadisə yerinə gələn polis tərəfindən saxlanılıb.

İttihamları qəbul etməyən M.Ç. qəza nəticəsində belə bir şeyin olduğunu deyib: "Bilərək olmadı. Qəza oldu. Əlim qızın yanına və baldırına dəydi. Başqa heç nə olmayıb".

Yaşlı kişinin üstündə axtarış aparan polis onun cibində çoxlu sayda cinsi aktivliyi artıran "Viaqra" dərmanı tapıb. 71 yaşlı kişinin "Viaqra" açıqlaması isə hər kəsi heyrətləndirib: "Həyat yoldaşımla cinsi əlaqəyə girmək üçün içirəm. Bu gün səhər də bu dərmandan qəbul etmişəm".

Polis şöbəsinə gedən gənc qız isə M.Ç.-nın yalan danışdığını vurğulayıb: "Yolla gedərkən arxamdan yapışdı. "Sənin anan, bacın yoxdur. Niyə tərbiyəsizlik edirsən?" dedim. O isə nə isə danışmağa başladı, amma anlamadım. Mən onun cəzalandırılmasını tələb edirəm". Faktla bağlı araşdırma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm