Kürdlərin Türkiyəyə keçməsinə icazə verildi
Bizi izləyin

Dünya

Kürdlərin Türkiyəyə keçməsinə icazə verildi

“İslam Dövləti”nin (İŞİD) hücumlarından qaçaraq Türkiyəyə sığınmaq istəyən kürd əsilli Suriyaya vətəndaşlarının sərhədi keçməsinə icazə verilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, suriyalı qaçqınlar Türkiyə-Suriya sərhədinin Şanlıurfa vilayətinin Suruç mahalı hissəsindən Türkiyəyə keçməyə başlayıb.

Bundan əvvəl isə suriyalı kürdlərin sərhəddə gözlədilməsi bölgə əhalisinin etirazı ilə qarşılanmışdı. Təxminən 100 nəfərlik qrup polis və əsgərlərin üzərinə daş atmağa başlayıb. Nəticədə vətəndaşlarla təhlükəsizlik gücləri arasında qarşıdurma yaranıb. Hərbçilər və polislərin kütləni bibər qazı və təzyiqli su ilə dağıtmağa çalışdığını xəbər verilir. Bundan sonra sərhədə toplaşan izdiham oradan uzaqlaşmaq məcburiyyətində qalıb.

Vətəndaş müharibəsinin davam etdiyi Suriyada PKK-nın Suriya qolu olan PYD-nin nəzarətindəki Kobani bölgəsinə İŞİD hücum edib. Türkiyəyə keçmək istəyən suriyalı kürdlərin də məhz Kobani sakinləri olduğu deyilir.

Türkiyə sərhədi yaxınlığındakı 10 kənd şiddətli döyüşlərdən sonra İŞİD-in nəzarətinə keçdi. Digər 20 kəndin əhalisi isə evlərinə tərk etməyə başlayıb. Türkiyəyə keçmək üçün sərhəddə gözləyənlərin sayının 3 min olduğu xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm