Ankara təşviş içində: “Yüz əlli min qaçqın ssenarisini çalışdıq”
Bizi izləyin

Dünya

Ankara təşviş içində: “Yüz əlli min qaçqın ssenarisini çalışdıq”

Bu gün Suriya-Türkiyə sərhədində baş verənlər rəsmi Ankaranı ciddi təşvişə salıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir köməkçisi Numan Kurtulmuş İŞİD-in Suriyanın Kobane bölgəsindəki hücum ilə başlayan köç dalğasını şərh edib.

Baş nazir köməkçisi 4 min insanla başlayan qaçqın sayının 150 minə qədər çata biləcəyini söyləyib.

“Dünən səhər saatlarından etibarən bölgəni bütün təhlükəszilik strukturlarımız təqib edir. Əsas məqsədimiz bu insanların Suriya torpaqlarında qalmasıdır. Amma İŞİD-in bu insanların 6-8 kilometr yaxınlığına gəlməsi ilə sərhəd qapısının açılması qərarı verilib. Ən yaxşısından ən pisinə qədər bütün ssenariləri nəzərdən keçirdik”, - deyə N.Kurtulmuş bildirib.

O, Türkiyəyə sığınmaq istəyən hər kəsə qapılarının açıq olduğunu, eyni zamanda köç dalğasının ölkəsinə siyasi problemlər gətirəcəyini deyib: “Əgər sərhəddəki kəndlər, şəhərlər, qəsəbələr itirilsə, İŞİD Türkiyəyə qonşu olacaq. Bunun bizə gətirdiyi təhlükəsizlik və siyasi problemlər də çox açıq bir şəkildə ortadadır”.

Xatırladaq ki, İŞİD-in hücumlarından qaçaraq Türkiyəyə sığınmaq istəyən kürd əsilli Suriyaya vətəndaşlarının sərhədi keçməsinə icazə verilib. Suriyalı qaçqınlar Türkiyə-Suriya sərhədinin Şanlıurfa vilayətinin Suruç mahalı hissəsindən Türkiyəyə keçməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm