Moskva İran nüvə danışıqlarında “qırmızı xət”ləri açıqladı
Bizi izləyin

Dünya

Moskva İran nüvə danışıqlarında “qırmızı xət”ləri açıqladı

Beynəlxalq vasitəçilərin (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Çin) yer aldığı “altılıq”la İranın növbəti nüvə danışıqları sabah BMT-nin Nyu-Yorkdakı igamətgahında keçiriləcək.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Rusiyalı diplomat İran Ərak ağır su nüvə reaktorun məsələsinin danışıqlarda əsas əngəl daşı olduğunu deyib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, nüvə sentrifuqaların sayı əvvəlki kimi mübahisəli məsələ olaraq. O, danışıqların əvvəlki raundlarında tərəflərin uranın zənginləşdirilməsinin maksimal səviyyəsinin 5 faiz olacağı barədə razılaşdlğını xatırladıb.

Xatırladaq ki, 24 noyabr 2013-cü il Cenevrədə keçirilmiş görüşdə 20 iyul tarixinə qədər İranın nüvə proqramının sülh xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılıq əldə olunub. Lakin müəyyən olunmuş vaxta kimi sənədi hazırlamaq mümkün olmayıb və bu 24 noyabr 2014-cü ilə qədər uzadılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm