Rusiya “Boinq-777” ilə bağlı BMT-yə təklif verdi
Bizi izləyin

Dünya

Rusiya “Boinq-777” ilə bağlı BMT-yə təklif verdi

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Təhlükəsizlik Şurasına Malayziyanın “Boinq-777" təyyarəsinin qəzasının araşdırılması üzrə xüsusi nümayəndəni təyin etməyi təklif edib.

Publikaş.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə V.Çurkinin özü bildirb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Surası Rusiyanın müraciəti əsasında “Boinq-777"nin qəzasının araşdırılmasına həsr edilmiş iclası keçirəcək.

Amsterdam-Kuala-Lumpur reysi ilə uçan Malayziyanın sərnişin təyyarəsi 17 iyulda Donetsk vilayətində qəzaya uğrayıb. Versiyalardan birinə görə, layner raketlə vurulub. Separatçılar və rəsmi Kiyev qəzaya görə bir-birini ittiham edirlər.

Kiyev həm də təyyarənin “Buk” zenit-raket kompleksi ilə vurulduğunu, sözügedən sistemin isə separatçılara Rusiyanın verdiyini bildirir.

Sentyabrın 9-da Niderlandlar araşdırmanın ilkin nəticələrini dərc edib. Lakin hesabatda faciənin gunahkarları haqqında heç nə deyilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm