Rusiyanın növbəti humanitar yardımı Ukrayna sərhədinə çatdı
Bizi izləyin

Dünya

Rusiyanın növbəti humanitar yardımı Ukrayna sərhədinə çatdı

Rusiyanın Donbas hövzəsinə göndərdiyi növbəti humanitar yüklər “Matvev Kurqan” nəzarət-buraxılış məntəqəsinin gömrük nəzarəti zonasına daxil olub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə RİA xəbər agentliyinə Cənub gömrük idarəsinin nümayəndəsi Rayan Farukşin bildirib.

Xatırladaq ki, Rusiyanın Donbas hövzəsinə birinci humanitar yardım karvanı 22 avqustda göndərilib. Lakin bu həm Ukrayna, həm də Qərbin narazılığı ilə qarşılanıb.

Ukrayna Rusiyanın humanitar yardım adı altında separatçılara silah və hərbi texnika çatdırdığını iddia edir. Avropa Birliyi və Qərb də Kiyevin mövqeyini dəstəkləyərək Ulkraynanın icazə və nəzarəti olmadan Donbas hövzəsinə humanitar yardımın göndərilməsini ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm