ABŞ-dan Moskvaya Arktikada ağır zərbə
Bizi izləyin

Dünya

ABŞ-dan Moskvaya Arktikada ağır zərbə

Amerika korporasiyası “ExxonMobil” Rusiya şirkəti “Rosneft”lə Arktika şelfində birgə kəşfiyyat-qazıntı işlərini dayandırıb.

Publika.az-ın verdiyi xəbərə görə, “Blomberg” agentliyi şirkətin bəyanatına istinadən bildirib.

Şirkət qərarını Qərb ölkələrinin Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu diqqətə çatdırıb. “ExxonMobil” Rusiya şirkətinə Arktika şelfində fəaliyyət üçün avadanlığın çatdırılmasını, həmçinin servis xidmətini məhdudlaşdıracaq.

Xatırladaq ki, “Rosneft" və “ExxonMobil” avqust ayının əvvəlində "Universitetskaya" quyusunda işə başlayıb. Burada 9 milyard barrel neftin olduğu, dəyərinin isə indiki qiymətlərlə 885 milyard dollar təşkil etdiyi bildirilir.

Rusiya və Amerika şirkətləri 2012-ci ildə Arktika şelfində birgə işləməyə razılaşıblar. Arktik şelfindəki enerji layihələrinə investisiyaların ümumi həcmi təxminən 500 milyard dollar təşkil etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm