• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ağ Evdən İŞİD açıqlaması: “Nə zaman və necə olacağına biz qərar verəcəyik”

  • Dünya
  • 20 Sentyabr 2014 00:12
  • 453 Baxış
Ağ Evdən İŞİD açıqlaması: “Nə zaman və necə olacağına biz qərar verəcəyik”

Ağ Ev İŞİD-ə qarşı Suriyada başlayacaq hərbi əməliyyatlarla bağlı açıqlama verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, açıqlamada “Suriyada İŞİD-ə qarşı hərəkətə keçməyə hazırıq. Nə zaman və necə olacağına biz qərar verəcəyik” deyilir.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama 11 sentyabr tarixində açıqladığı İŞİD strategiyasında İŞİD-in Suriya qolunun da hərbi əməliyyatların hədəfi olacağını söyləyib.

Rəsmi Dəməşq isə onun icazəsi olmadan ABŞ və digər ölkələrinin təyyarələrinin Suriya ərazisinə daxil olmasını ölkəyə hücum kimi qiymətləndirəcəklərini və təyyarələrin vurulacağını bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR