“Rosneft” və “Novatek” Putinin xilası üçün fond yaradır
Bizi izləyin

Dünya

“Rosneft” və “Novatek” Putinin xilası üçün fond yaradır

Rusiyanın “Rosneft” və “Novatek” şirkətləri Milli Rifah Fondu (FNB) açmaq barədə razılaşıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd fondda yığılmış neft gəlirləri hesabına 2025-ci ildən sonra pensiya sisteminin kəsirini örtməkdir.

“Novateka" şirkəti hazırda 27 milyard dollar dəyərində və gücünə görə Rusiyada ikinci neftayırma zavodu tikir. Şirkətin rəhbəri Gennadi Timçenko prezident Vladimir Putinin keçmiş dostlarındandır. Dövlət başçısının çoxdankı silahdaşı İqor Seçin isə “Rosneft” şirkətinə başçılıq edir. "Rosneft” şirkətinin çoxmilyardlı planları Arktika şelfinin mənimsənilməsi və Saxalindəki neftayırma zavodudur.

“Röyters” yazır ki, “Rosneft” və "Novateka" Rusiya Federasiyasının gələcək təqaüdçülərin pulunu verməyə hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm