Baş nazir: “Rusiya yeni hərbi doktrinada təcavüzkar kimi göstərilməlidir”
Bizi izləyin

Dünya

Baş nazir: “Rusiya yeni hərbi doktrinada təcavüzkar kimi göstərilməlidir”

Ukrayna yeni hərbi doktrina hazırlayacaq.

Publika.az-ın “RBK-Ukrayna” xəbərə agentliyinə istinsdən verdiyi məlumata görə, silahlı qüvvələr, silahlanma, hərbi texnikanın inkişafı üzrə dövlət proqramları, həmçinin müdafiə planlaşdırmasının digər sənədləri 2015-ci ilin dekabrına qədər hazır olmalıdır.

Məlumata görə, yeni hərbi doktrina Ukrayna və Avropa Birliyi arasında imzalanan assosiasiya haqqında razılaşmanın həyata keçirilməsi üzrə tədbirlər planının 488 bəndindən biridir. Müvafiq sənədlərin hazırlaması müdafiə, xarici işlər, iqtisadi inkişaf, ədliyyə nazirliklərinə, həmçinin mərkəzi icra hakimiyyəti orqanları və “Ukroboronprom” dövlət konserninə tapşırılıb.

Bundan əvvəl isə Ukrayna baş naziri Arseniy Yasenyuk ölkəyə yeni hərbi doktrinanın lazım olduğunu bildirib.

“Hərbi doktrinada göstərilməlidir ki, təcavüzkar kimdir. Yeni hərbi doktrinasında Rusiya Ukraynanın ərazi bütövlüyü və milli təhlükəsizliyini hədələyən əsas və tək ölkə kimi göstərilməlidir”, - hökumət başçısı deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm