Minskdə 9 bəndlik razılaşma əldə olundu –Siyahı
Bizi izləyin

Dünya

Minskdə 9 bəndlik razılaşma əldə olundu –Siyahı

Ukrayna böhranı üzrə üçtərəfli əlaqə qrupunun (Rusiya-Ukrayna-ATƏT) növbəti iclası dünən Belarusun paytaxtı Minskdə keçirilib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qrupda Ukraynanı təmsil edən keçmiş prezident Leonid Kuçma danışıqların nəticəsi olaraq 9 bəndlik memorandumun imzalandığını bildirib.

Həmin bəndlər aşağıdakılardır.

1.Silah tətbiqinin dayandırılması ümumi hesab edilir.

2.Silahlı bölmələr təmas xəttində 19 sentyabrdakı vəziyyətə görə yerində qalır.

3.Bütün silah növlərinin tətbiqi və hücum hərəkətləri dayandırılır.

4.Bu memorandumun qəbulu anından gün ərzində 100 millimetrdən yuxarı kalibrli silahlar təmas xəttindən ən azı 15 kilometr aparılır, həmçinin yaşayış məntəqələrinin ən azı 30 kilometrliyində silahların tətbiqi dayandırılır.

5.Ağır silahlar və ağır texnikanın yaşayış məntəqələrində yerləşdirilməsi məhdudlaşdırılır.

6.Təhlükəsizlik zonasının sərhədində yeni mina-partlayıcı mühəndislik maneələrinin quraşdırılması dayandırılır.

7.ATƏT-in aparatlarından başqa aviasiya və uçuş aparatların təhlükəsizlik zonası üstündə uçuşlar ləğv edilir.

8.Bu memorandumun qəbulu anından ATƏT-in monitorinq missiyası gün ərzində atəşkəs zonasında monitorinq aparır.

9.Bütün xarici muzdlular münaqişə zonasından çıxarılır və hərbi əsirlərin mübadiləsi davam edir.

L.Kuçmanın sözlərinə görə, separatçılar tərəfindən tutulmuş ərazilərin statusu Minsk danışıqlarında müzakirə edilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm