Keçmiş birinci xanım: “O evi mənə atam bağışlayıb”
Bizi izləyin

Dünya

Keçmiş birinci xanım: “O evi mənə atam bağışlayıb”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs mənzilinə həbs qoyulmasından danışıb.

Publika.az-ın verdiyi xəbərə görə, Gürcüstanın keçmiş birinci xanımı “Facebook” səhifəsində bunun qəbuledilməz olduğunu bildirib.

A.Rulovs həmin mənzilin onun atası tərəfindən M.Saakaşvilinin prezidentliyinə qədər hədiyyə edildiyini qeyd edib. “Bu gün ailəmizin əmlakına həbs qoyulması barədə xəbər aldım. Bu siyahıda mənim mənzilim də var. Biz orada Mişanın prezidentliyinə qədər yaşayırdıq”, - deyə sosial şəbəkəsindəki səhifəsində Rulovs yazır.

Xatırladaq ki, Gürcüstan Baş prokurorluğu Saakaşvilinin həyat yoldaşı, anası və nənəsinin Gürcüstandakı əmlakına həbs qoyub. Keçmiş prezidentin vəkili Otar Kaxidze həbs qoyulan əmlaka mənzillərdən başqa avtomobil və torpaq sahəsinin də daxil olduğunu deyib. Vəkil Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da yaşayan eks-prezidentə qarşı vəzifəsindən sui-istifadə maddəsi ilə ittiham irəli sürülüb. İfadə vermək üçün bir neçə dəfə Gürcüstana çağırılsa da, Saakaşvili bundan imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm