Ərdoğan: “Gizli əməliyyatla diplomatlarımızı İŞİD-dən xilas etdik”
Bizi izləyin

Dünya

Ərdoğan: “Gizli əməliyyatla diplomatlarımızı İŞİD-dən xilas etdik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda İŞİD-in əlində olan 49 türk diplomatının azad olunması ilə bağlı ilk açıqlamasını verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, dövlət başçısı Mosul konsulluğu əməkdaşlarının uğurlu bir əməliyyatla xilas edildiyini deyib.

R.T.Ərdoğan əməliyyata görə baş nazir Əhməd Davudoğlu ilə Milli İstihbarat Təşkilatına (MİT) təşəkkür edib.

“Əvvəldən planlaşdırılmış, bütün detalları hesablanmış və tam bir gizlilik içində bütün gecə boyu davam edən və səhərə yaxın müvəffəqiyyətlə tamamlanan əməliyyata görə hörmətli baş nazir və iş yoldaşlarına təşəkkür edirəm. Milli İstihbarat Təşkilatımız diplomatlarımızın ələ keçirilməsində bu vaxta qədər prosesi səbir və fədakarlıqla izləmiş, nəhayət, müvəffəqiyyətli bir xilasetmə əməliyyatı keçirmişdir”, - deyə Türkiyə prezidenti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm