Volqoqrad terrorunun sifarişçisi öldürüldü
Bizi izləyin

Dünya

Volqoqrad terrorunun sifarişçisi öldürüldü

Dağıstanın İzberbaş rayonunda "Kadar" cinayətkar dəstəsinin lideri öldürülüb. Milli.Az "Dojd TV"yə istinadən xəbər verir ki, həmin şəxsin iki ay əvvəl Volqoqradda törədilən terror aktlarının sifarişçisi olduğu ehtimal edilir.

Mirzəyev soyadlı dəstə rəhbəri atışma zamanı ölüb. Cinayətkar dəstə bir evə sıxışdırılıb. Onlardan biri təhlükəsizlik xidmətlərinə tabe olub. Qalanları isə atışmada ölüb.

Arayış: ötən ilin dekabr ayının 29-da kamikadze özünü Volqoqrad dəmir yolu vağzalının girişində partladıb. Hadisə nəticəsində 17 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Növbəti gün isə 15 saylı trolleybus marşrutunda partlayış törədilib. Burada 14 nəfər ölüb, 41 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm