Baş nazirin müavinindən Ebola açıqlaması
Bizi izləyin

Dünya

Baş nazirin müavinindən Ebola açıqlaması

Ebola virusu dünyanı təhlükə altına qoyduğu bir vaxtda Rusiya baş nazirinin müavini Olqa Qolodes maraqlı açıqlama verib. Publika.az-ın Ria Novostiyə istinadən verdiyi məlumatına görə, nazir müavini ölkədə Ebola peyvəndi üzərində işlər aparıldığını və bu vaxta qədər nəticələrin müsbət olduğunu deyib.

O, virusun Rusiya üçün heç bir təhlükə yaratmayacağını da bəyan edib.

“Rusiyada Ebola virusu aşkar edilməyib. Həkimlərimizin peyvənd hazırlanması ilə bağlı araşdırmaları müsbət nəticə verir. Bir neçə qorunma yollarına sahib olduğumuza görə, Rusiya xalqı üçün təhlükə yoxdur”.

Nazir müavini peyvəndin bəzi testlərdən keçdiyini, əllərində müsbət nəticələrin olduğunu bildirib.

Qeyd edək ki, Ebola Qərbi Afrika ölkələrində yayılmaqda davam edir. Bu vaxta qədər Seneqal, Konqo, Nigeriya kimi bir neçə ölkədə aşkarlanıb. Virusa tutulanların 53%-i yüksək temperaturdan ölüb. Ümumdünya Səhiyyə Təşkilatı 5335 nəfərin yoluxduğu, 2622 nəfərin ölməsi barədə məlumat yayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm