ABŞ-ın İŞİD əməliyyatının pərdəarxası – Rejimin sonuna günlər qalıb
Bizi izləyin

Dünya

ABŞ-ın İŞİD əməliyyatının pərdəarxası – Rejimin sonuna günlər qalıb

İŞİD terror təşkilatına qarşı mübarizə məsələlərin müzakirə olunduğu Paris konfransında ən əhəmiyyətli məsələlər həll edilsə də, iştirakçılar arasında fikir ayrılığı da müşahidə edilirdi. Bəzilərində qorxular var ki, İŞİD-lə mübarizə üçün beynəlxalq koalisiyanın yaradılması yalnız bir hədəfi təqib edəcək: Rusiyaya təzyiq göstərmək.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər Londonda buraxılan ərəb qəzeti "Asharq Al-Awsat"ın İŞİD-ə qarşı koalisiyanın fəaliyyətindən bəhs etdiyi bir yazısında yer alıb.

“Çoxları hesab edirlər ki, İŞİD-in məhv edilməsi üçün beynəlxalq koalisiya lazım deyil. Bu terror təşkilatı, sadəcə olaraq, 2011-ci ildə ABŞ qoşunlarının İraqdan çıxarılmasından sonra İraqdakı vəziyyətdən istifadə etdi. Sözsüz ki, terror təşkilatının hərbi və siyasi müvəffəqiyyətlərini inkar etmək mümkün deyil. Amma bu o demək deyil ki, onun ətrafında belə bir səs-küy qaldırmaq lazımdır”, - “Asharq Al-Awsat" yazıb.

Qəzet ehtimal edir ki, Ciddə və Paris konfransların iştirakçıları özlərinə bu sualları verirdilər: “Yalnız hava əməliyyatları İŞİD-i məhv etməyə kifayət edəcəkmi? Quru qoşunlarından istifadə etmədən təşkilatı məhv etmək mümkün olacaqmı? Sözsüz ki, hərbi iki konfransın iştirakçıları İŞİD-in məhv edilməsinin asan olmadığını anlayırlar. Onlar anlayırlar ki, dinlərarası mübahisələr nəticəsində yaranmış bu siyasi və mədəni təşkilat bombalanma və hava-desant əməliyyatlarından sonra yox olmayacaq. Havadan mühasirəyə alınmış Əfqanıstan, Pakistan və İraq artıq bunun üçün inandırıcı sübutdur etdilər. Baxmayaraq ki, Yaxın Şərqdə Amerika hərbi kontingentinin sayı 150 mindir”.

Paris konfransının iştirakçıları İranı koalisiyaya daxil etmədilər. Bunun üçün Rusiya xarici işlər naziri Sergey Lavrovun israrları da kifayət etmədi. Moskvanın fikrincə, koalisiya Ukraynadakı böhrandan və islam ölkələrində yaranmış vəziyyətdən Rusiyaya qarşı istifadə edə bilər: “Bu ehtimalı nəzərə alan Rusiya və İran Suriya ərazisində İŞİD-ə qarşı istənilən hərbi hərəkətlərin onun müstəqilliyinə təcavüz hesab ediləcəyini bildirib. Amma Rusiyası nədənsə İsrailin hərəkətlərini Suriyaya təcavüz hesab etmir. Suriyanın strateji hərbi obyektlərinə İsrail aviasiyasının daimi zərbələrini və Əsədin sarayı üzərindən İsrail səsdən surətli qırıcılarının uçuşunu xatırlatmaq kifayətdir. Məsələ ondadır ki, Moskva və Tehran Dəməşqin İŞİD-lə müharibənin həqiqi hədəfin olduğunu anlayır. Çünki Suriya rejimi heç vaxt “Cenevrə-1” konfransının tövsiyələrinin icrasına razılaşmayacaq. Bu da həqiqətdir ki, İŞİD-i yalnız Əsədin devrilməsindən sonra məhv etmək mümkün olacaq”.

Paris konfransında iştirak edən ölkələrin əksəriyyəti Suriyanın mülayim müxalifətinə dəstək verilməsi fikirini bəyəndilər.

“Çünki onlar anlayırlar ki, buna müvəffəq olmadan İŞİD təhlükəsinin öhdəsindən mümkün olmayacaq. Rusiya Suriyanı əlavə hərbi bazasına çevirməyə çalışır. Hər şey onu göstərir ki, Barak Obama ikinci prezidentliyin sonuna yaxın Bəşər Əsədin indiyə qədər hakimiyyətdə qalmasının, bütün Suriya xarabalığa çevrilməsinin, yüz minlərlə insanın ölümünüə görə özünün günahkar olduğunu dərk etdi. Rusiya Suriyada indiyə qədər Sovet İttifaqının mövqeyini qoruyur. Amerika xarici siyasətində Suriya ilə bağlı bu gün dəyişikliklər baş verir. Amerikalılar dərk etdilər ki, Bəşər Əsədi devirməsələr, nəsə edə bilməyəcəklər, Yaxın Şərq regionunda İŞİD-in kökləri cücərəcək və sonra Avropaya, Amerikaya yönələcək. ABŞ buna imkan vermək istəmir. Suriya İŞİD-in və başqa çoxsaylı terror təşkilatların "inkubator”udur.

Barak Obama bildirib ki, əgər Əsəd Amerikanın pilotsuz təyyarələrinə atəş açmağa əmr versə, Suriyanın hava hücumundan müdafiə sistemi tamamilə məhv ediləcək. O, bunun İŞİD-in bombardman edilməsindən daha asan olduğunu söylədi. Bu sözlər anlamağa imkan verir ki, iş artıq ciddilik qazanıb. Əgər hadisələr bu istiqamətdə inkişaf etdirilərsə, Bəşər Əsədin rejiminin sonuna günlərin qaldığını demək olar”, - deyə ərəb qəzeti sonda qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm