İŞİD-in məxfi idarəçilik sistemi üzə çıxdı - FOTO
Bizi izləyin

Dünya

İŞİD-in məxfi idarəçilik sistemi üzə çıxdı - FOTO

Ərazisinin böyüklüyünə görə, İngiltərəni ötüb-keçən İŞİD-in idarəetmə sistemi ortaya çıxıb.

Axar.az İngiltərənin “Deyli Meyl” qəzetinə istinadən xəbər verir ki, İraq və Suriyada geniş bir əraziyə nəzarət edən terror təşkilatının bu idarəçilik sistemi mütəxəssisləri olduqca təəccübləndirib.

İŞİD-in əməliyyatlarını “İerarxiya” adlı bir sistemlə icra etdiyini deyən qəzet təşkilatın neft satışı və daxili işlər kimi məsələlərdə fərqli metodları olduğunu bildirib.

Əbu Əbdül Rəhman əl-Bilavinin evində tapılan yaddaş kartının içində olan məlumatlara əsasən hazırlanan idarəçilik sistemi Əl-Qaidədən tamamilə fərqlənir. Əl-Qaidədə qərarları Ayman əl-Zavahirinin yaxın ətrafı verirdisə, burada məsələ bir az fərqlidir.

“Terrorizm Araşdırma və Analiz Konsorsiumu”nun araşdırmasına görə, təşkilatın hər bir qurumunun məsul şəxsi İŞİD-in özünü “Xəlifə” elan edən lideri Əbubəkr əl-Bağdadiyə təyin olunmuş vaxtlarda hesabat verir. Bağdadinin İraq və Suriya üçün ayrı-ayrılıqda iki köməkçisi var. Hər köməkçinin də müvafiq ölkələri idarə etmək üçün 12 valisi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm