MKİ Qərbi Avropada “casusluqda pauza” götürdü
Bizi izləyin

Dünya

MKİ Qərbi Avropada “casusluqda pauza” götürdü

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ-ın Qərbi Avropadakı partnyorlarına qarşı casus hərəkətlərini dayandırıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə MKİ-dəki anonim mənbə “Associated Press” agentliyinə bildirib.

Onun sözlərinə görə, MKİ müttəfiqlərin izlənməsinin nə qədər effektli olduğunu öyrənmək üçün pauza götürüb. MKİ-dəki mənbə qeyd edir ki, “casusluqda pauza”nın götürülməsi iyul ayında Almaniya ilə əlaqəli qalmaqalla bağlı deyil.

Xatırladaq ki, ABŞ-ın Rusiyada sığınacaqda olan keçmiş MKİ əməkdaşı Edvard Snouden Almaniyanın, ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları tərəfindən izlənildiyi barədə məlumatları mətbuata ötürüb.

İyulun sonunda isə alman qəzetləri yazdı ki, Almaniya hökuməti ABŞ və Böyük Britaniya agentlərini izləməyə başlamaq niyyətindədir. Məlumata görə, kansler Angela Merkel bu barədə şəxsən sərəncam verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm