Rus mətbuatı: “Müharibə başlasa Kreml internetə qadağa qoyacaq”
Bizi izləyin

Dünya

Rus mətbuatı: “Müharibə başlasa Kreml internetə qadağa qoyacaq”

“Rusiya müharibə başladarsa internetə blok qoyacaq”.

Axar.az xəbər verir ki, Rusiyanın aparıcı qəzeti “Vedomosti”nin məlumatına görə, məsələ gələn həftə Prezident Vladimir Putinin rəhbərliyi ilə keçiriləcək Rusiya Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq.

Qəzetdə verilən xəbərə görə internet hazırda ən mühüm ictimai silahlardan biri olduğu üçün Rusiya hər hansı müharibəni başladarsa və ya ölkə daxilində çaxnaşma yaranarsa, bu vaxt vəziyyət nəzarətə alınacaq. İnternet tamamilə dayandırılmayacaq, ancaq Rusiyanın dünya ilə əlaqəsinin blok edilməsi əsas məsələlərdən biri olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm