İŞİD türkiyəli girovları niyə sərbəst buraxdı? - Təfərrüat
Bizi izləyin

Dünya

İŞİD türkiyəli girovları niyə sərbəst buraxdı? - Təfərrüat

İŞİD-ə yaxınlığı ilə bilinən xəbər saytlarından biri türkiyəli 49 girovun sərbəst buraxılması ilə bağlı diqqət çəkəcək məlumat yayıb.

Axar.az xəbər verir ki, İŞİD-lə danışıqların qırılma nöqtəsi ABŞ-ın yaratdığı koalisiyaya Türkiyənin qoşulmaması göstərilir.

Yayımlanan məlumatda ABŞ-ın Suriya və İraqı işğal edən İŞİD-ə qarşı koalisiya yaratmaq cəhdindən 5 gün sonra Suriya üzərindən etibarlı şəkildə 49 girovun türkiyəli səlahiyyətli şəxslərə təhvil verildiyi vurğulanıb.

Həmçinin uzun müddət sonra davam edən danışıqlar və girovların təslim edilməsi Türkiyənin İŞİD-i tanıması kimi qiymətləndirilib. Girovların qaytarılması zamanı Türkiyə tərəfinin hər hansı bir məbləğ ödəməməsi də xeyli marağa səbəb olub.

Qeyd edək ki, Türkiyənin ABŞ-ın yaratdığı koalisiyaya qoşulmaqdan imtina etməsi yeni bir işğala qarşı olduğunun göstəricisi kimi dəyərləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm