Girovlar necə xilas edildi?
Bizi izləyin

Dünya

Girovlar necə xilas edildi?

Türkiyə "İslam Dövləti"ni tanıdımı?

İyunun 11-də İraqın Mosul şəhərində İŞİD (İraq-Şam İslam Dövləti) tərəfindən girov götürülən Türkiyənin buradakı baş konsulu Öztürk Yılmaz ve 48 görəvli 101 gündən sonra xilas olunaraq sağ-salamat vətənlərinə geri dönüblər. Onları Türkiyədə ölkənin baş naziri Əhməd Davudoğlu və digər rəsmilər qarşılayıblar. Girovların xilas olunması əməliyyatını bəzi detalları açıqlanmaqdadır. Teleqraf.com Türkiyə mətbuatına istinadən həmin detalları təqdim edir.

Əməliyyat Türkiyənin Milli İstikbarat Təşkilatı (MİT) tərəfindən qansız-qadasız həyata keçirilib. 2 aydır aparılan əməliyyatlarda İraqdakı dini təriqətlərin rəhbərlərinin imkanlarından geniş istifadə olunub. Yerləri bəlli edilməsin deyə İŞİD girovların yaşadığı məkanı bir neçə dəfə dəyişməli olub. Türkiyənin pilotsuz uçaqları köçürülmə əməliyyatlarını izləyə biliblər. Girovlar öncə Mosuldakı oteldə saxlanılıb. MİT onların xilas edilməsi üçün oteldə əməliyyat keçirmək istəyiblər. Amma İŞİD duyuq düşdüyü üçün onların yerini dəyişib.

Ramazan ayında İŞİD girovları İraqdan çıxararaq Suriyaya keçirib.

Girovları daşıyan avtomobillər Suriyanın öncə Haseki kəndinə gəlib. Girovlar burada bir neçə gün qaldıqadan sonra Türkiyənin 90 kilometrliyindəki Rakka kəndinə gətiriliblər. Məhz bundan sonra MİT ilə İŞİD arasında danışıqlar başlayıb.

MİT müstəşarı Hakan Fidanın təlimatı ilə xarici kəşfiyyat şöbəsinin əməkdaşları Rakkanın yaxınlığındakı Şanlıurfanın Akçakale kəndinə göndərilib. İŞİD üzvləri ilə danışıqlara girən İraqın şəriət liderləri Ramazan bayramı ərəfəsində girovların azad edilməsinə dair razılıq əldə ediblər. Amma İŞİD üzvləri təriqət liderlərinin MİT tərəfindən yönləndirildiyini aşkar etdikdən sonra razılaşma pozulub. Bundan sonra girovların yeri yenidən dəyişdirilib. 101 gündə onların yeri ümumilikdə 9 dəfə dəyişdirilib.

Nəhayət İŞİD nüfuzlu ərəb liderlərindən İŞİD-lə danışığa getmələrini xahiş edib. Suriya və İraqdakı nüfuzlu ərəb birliklərinin rəhbərləri terrorçularla dil tapa bilib. Bildirilib ki, Türkiyə İŞİD əleyhinə yaradılan koalisiyaya qoşulmayacaq. Üstəlik müharibə zamanı yaralanan ərəblər Türkiyədə müalicə oluna biləcəklər və s.

İki gün öncə MİT-in adı açıqlanmayan nümayəndələri Akçaqala Sərhəd Keçid Məntəqəsini keçərək Suriyaya daxil olublar və İŞİD üzvləri ilə görüşüblər. Tərəflər ərəb liderlərinin də iştirakı ilə Rakkaya gediblər və orada girovlarla görüşüb, onları təlimatlandırıblar. Girovlar Türkiyəyə gətirilən günə qədər heç kəs onların xilas olduğunu bilməyib. Hətta baş nazir Əhməd Davudoğlu artıq diplomatların Türkiyədə olduğunu MİT rəhbərindən öyrənib.

101 gündür üzləri taraş olmayan girovların çoxu Ə.Davudoğlu artıq onlarla görüşə gəldiyi üçün vaxt edib saqqallarını kəsə bilməmişdilər.

P.S. İŞİD-yə yaxın saytların yazdığına görə, Türkiyə qeyri-rəsmi də olsa, İslam Dövlətini tanıyıb. Girovların azad edilməsi üçün İŞİD üzvləri ilə eyni masa arxasına əyləşmək İslam Dövlətini tanımaq kimi qəbul edilir. Türkiyənin anti-İŞİD koalisiyasına qoşulmaması da, təşkilatın girovları sağ buraxmasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm