Ərdoğan İŞİD-i maliyyələşdirir – Şok iddia
Bizi izləyin

Dünya

Ərdoğan İŞİD-i maliyyələşdirir – Şok iddia

“AKP hökuməti İŞİD döyüşçülərinin Türkiyə sərhədindən Suriyaya keçməsinə göz yumur və terrora dəstək verir”.

Axar.az "Haber.sol.org"-a istinadən xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Əl Cəfəri jurnalistlərə açıqlamasında deyib.

Cəfəri Türkiyə prezidenti Ərdoğana baş nazir deyə xitab edib:

“Ərdoğan terrorçulara maliyyə yardımı etməyi və onları Suriyaya göndərməyi dayandırmalıdır. Bu yaxşı deyil və bizim gələcək əlaqələrimizə təsir edəcək. Ərdoğan qonşu ölkənin baş naziri kimi davranmır. Ərdoğan artıq Suriya xalqına qarşı təcavüzkar rəftara son verməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm