Suriyadan Türkiyəyə 70 min insan qaçıb
Bizi izləyin

Dünya

Suriyadan Türkiyəyə 70 min insan qaçıb

Son günlər Türkiyə ilə sərhədi 70 minə yaxın suriyalı keçib. Onlar “İslam dövləti” adlı terrorçu qruplaşmanın hücumlarından xilas olmaq üçün qonşu dövlətin ərazisinə sığınırlar.

Publika.az İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, bu haqda məlumatı BMT-nin qaçqınlar üzrə ali komissarının idarəsi yayıb. Məlumatda bildirilir ki, Suriyanın şimalındakı Kobani şəhərində gedən döyüşlər nəticəsində Türkiyəyə qarşıdakı günlərdə yüz minlərlə yeni qaçqının gəlməsi mümkündür.

Söhbət əsasən Suriya kürdlərindən gedir. Qaçqınlar arasında çoxlu uşaq, qadın və qocalar var. Kobanidə 200 min sakinin daxili yerdəyişməsi qeydə alınıb. Şəhərdə ümumilikdə 1,5 milyon nəfər yaşayır.

Suriya böhranının başlandığı 2011-ci ilin martından indiyədək ölkəni 3 milyondan çox insan tərk edib. Onların böyük əksəriyyəti qonşu ölkələrə – Livan, İordaniya, Türkiyə və İraqa qaçıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm