Əfqanıstanın yeni prezidenti bəlli oldu
Bizi izləyin

Dünya

Əfqanıstanın yeni prezidenti bəlli oldu

Əfqanıstanın müstəqil seçki komissiyası sentyabrın 21-də Əşrəf Qəni Əhmədzayı prezident seçkilərinin qalibi elan edib.

AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, komissiyanın sədri Əhməd Yusif Nuristani hər hansı təfərrüat, o cümlədən Əfqanıstanın yeni prezidentinin seçkilərin ikinci turunda topladığı səslərin miqdarı barədə açıqlama verməyib. Yerli xəbər agentliklərinin yaydığı qeyri-rəsmi məlumata görə, Əşrəf Əhmədzay seçicilərin 55,27 faizinin, Abdulla Abdulla isə 44,73 faizinin səsini toplayıb.

Bu gün namizədlər hakimiyyətin bölünməsinə dair müqavilə imzalayıblar. Belə ki, Əşrəf Qəni Əhmədzay dövlət başçısı postunu tutub. Onun rəqibi, keçmiş xarici işlər naziri Abdulla Abdulla hələlik ölkədə mövcud olmayan Baş nazir vəzifəsi alıb. Bu planın reallaşması üçün prezident yeni vəzifəsində işə ölkə konstitusiyasında nazirlər kabinetinin başçısı postunun tətbiqini nəzərdə tutan dəyişikliklə başlamağa məcbur olacaq.

Verilən məlumatlara görə, prezidentin andiçmə mərasimi sentyabrın 29-da keçirilə bilər. Əfqanıstanın yeni lideri ilk işi olaraq Vaşinqton və Kabul arasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Bu saziş ABŞ hərbi kontingentinin Əfqanıstanda 2014-cü ildən sonrakı iştirakını reqlamentləşdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm