ABŞ-da 3 əfqanıstanlı zabit yoxa çıxıb
Bizi izləyin

Dünya

ABŞ-da 3 əfqanıstanlı zabit yoxa çıxıb

Birləşmiş Ştatlara gələn 3 Əfqanıstan Milli Qvardiyasının zabiti yoxa çıxıb.

Publika.az “ABC” telekanalına istinadən xəbər verir ki, ABŞ-ın Keyp-Pod hərbi bazasında hazırda təlimlər keçirilir. Təimlərə Əfqanıstandan da zabitlər dəvət edilib. Dünən isə əfqanıstanlı zabitlər Keyp-Pod hərbi bazasının yerləşdiyi Masaçusest ştatındakı “Cape Cod Mall” ticarət mərkəzində yoxa çıxıblar.

Onları məhz sonuncu dəfə ticarət mərkəzində görüblər.

Masaçusest ştatının qvardiyasının nümayəndəsi Ceyms Sxedi bəyan edib ki, itkin düşmüş əfqanıstanlı zabitlər cəmiyyət üçün təhlükəli deyillər. Hər bir halda axtarışlara artıq Federal Təhlükəsizlik Bürosu da qoşulub.

Təlimlər isə artıq 24 sentyabrda başa çatacaq. Əfqanıstan bu təlimlərdə 10 zabitlə təmsil olunurdu.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm