• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Moskva üçün bumeranq effekt: Litva Kalininqradı geri istəyir

  • Dünya
  • 22 Sentyabr 2014 11:18
  • 821 Baxış
Moskva üçün bumeranq effekt: Litva Kalininqradı geri istəyir

Polşa və Litva, yəni NATO-nun üzvləri olan ölkələrin sərhədində yerləşən Rusiya anklavı Kalininqrad vilayəti ilə bağlı diskussiyalar yenidən gündəmdədir.

Publika.az-ın verdiyi xəbərə görə, Litvanın LRT dövlət teleradio şirkətinin portalında Kalininqrad vilayəti barədə material dərc edilib.

Materialda iddia edilir ki, vilayət SSRİ dövründə müvəqqəti olaraq Rusiyanın nəzarətinə verilib və bu müddət çoxdan başa çatıb.

“Krımı tutan və Ukraynanın şərq ərazilərinə müdaxilə edən Rusiya dövlət sərhədlərinin bütövlüyü haqqında beynəlxalq razılaşmaları pozur. Bu isə Rusiyaya xatırlatmaq üçün əsas verir ki, Karalyauçus (Kalininqradı Litvada belə adlandırırlar – Ö.D.) 1945-ci ildə keçirilən Potsdam konfransında 50 il müddətinə icarəyə verilib. Əlli illik müddət çoxdan keçib və bu məsələni qaldırmaq üçün dəqiq əsaslar var. Amma bunu etməyə dəyərmi?” – deyə Şərqi Avropa Tədqiqatları Mərkəzinin (SİVE) analitiki Laurinas Kaşyunas vurğulayıb.

L.Kaşyunasın sözlərinə görə, Karalyauçusun statusu haqqında Potsdam konfransının qərarını konfrans iştiraçıları olan Böyük Britaniya və ABŞ yenidən gözdən keçirə bilərlər. Amma analitik hüquq əsasların olmasına baxmayaraq, siyasi iradənin kifayət etməyəcəyini deyir: “Düşünürəm ki, bu məsələ sadəcə unudulub və yaxud da unudacaqlar. Məsələn Budapeşt memorandumunu xatırlayaq. Ukrayna bu anlaşma çərçivəsində ona verilən təhlükəsizlik zəmanətlərini ala bilmədi”.

Vilnüs Beynəlxalq Münasibətlər İnstitutunun siyasi elmlər müəllimi, politoloq Tomas Yanelyunas Potsdam müqaviləsi və Karalyauçusaun statusu haqqında məsələninin qaldırılması üçün əsas görmür. LRT telekanalının müsahibi Potsdam müqaviləsi və Karalyauçusaun statusu haqqında məsələninin qaldırılması cəhdləri arxasında Qərbin olduğunu düşünür və bu məsələnin domino effekti yarada biləcəyini qeyd edir. “Mən arqumenti başa düşürəm ki, Rusiya 1975-ci ildə formalaşmış sərhədlərin toxunulmazlığı sistemini pozub. Amma unutmaq olmaz ki, Karalyauçus məsələsi müxtəlif ərazilər haqqında müzakirələrin mərkəzi ola bilər”, deyə Yanelyunas vurğulayıb.

L.Kaşyunas isə hesab edir ki, Qərb Karalyauçusın statusu məsələsini qaldırmağa cəsarət etməyəcək: “Ona görə ki, Rusiya bir neçə dəfə nüvə silahından istifadə edəcəyi barədə xəbərdarlıq edib. Karalyauçus konsepsiyası 2005-ci ildə daha canlı idi, amma o sakitləşdi. Çünki Moskva bu ideyanı inkişaf etdirilməsinə icazə vermədi. Rusiya anladı ki, Karalyauçusun muxtariyyətinə görə müxtəlif nüanslar yarana bilər. Moskva bu oyunlara son qoymağa qərar verdi və xəbərdarlıq etdi ki, faktiki olaraq hər şey onun qərarlarından asılıdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR