Moskva “sanksiyalar müharibəsi”ndə niyə təslim oldu?
Bizi izləyin

Dünya

Moskva “sanksiyalar müharibəsi”ndə niyə təslim oldu?

Rusiya hakimiyyət Avropa Birliyi və ABŞ-ın iqtisadi təzyiqinə sərt cavab verməyə risk etmir.

Publika.az-ın “Nezavisimaya qazeta” nəşrinə istinadən verdiyi məlumata görə, Rusiya baş nazirinin müavinləri Arkadi Dvorkoviç və Dmitri Kozak iqtisadi sanksiyalara cavab verilməyəcəyini deyib.

Rusiyanın sanksiyalar müharibəsindən faktiki olaraq çıxmasının səbəblərini ekspertlər cürbəcür izah edir. Bəziləri düşünür ki, ərzağın idxalına qoyulan embarqo açıq səhv idi və Moskva belə qadağaları təkrarlamamaq barədə qərar verib, bəziləri hesab edirlər. Digər ekspertlər isə Moskvanın Ukraynanın şərqində sülh təşəbbüslərinin uğursuzluğundan qorxaraq sanksiyalar müharibəsindən çıxdığını qeyd edirlər.

“Avropa Birliyi və ABŞ-ın yeni antirus sanksiyaları reaksiyasız qalmayacaq”, - Rusiya Xarici İşlər Nazirliyi sansiyalardan dərhal sonra bəyanat vermişdi. Bundan bir həftə öncə prezidentin köməkçisi Andrey Belousov bildirdi ki, Qərbin “ikinci dalğa” sanksiyalarına Rusiyanın cavab addımları avtomobil, geyimlər, ağac emalı məhsulları və bir sıra maliyyə xidmətləri ilə bağlı ola bilər. İqtisadi İnkişaf Nazirliyinin başçısı Aleksey Ulyukayev də əlavə etdi ki, Rusiya Qərbə qarşı yeni sanksiyaları soyuducular və neft-kimya məhsullarının idxalını əhatə edəcək. Bütün bunlardan əlavə olara, baş nazir Dmitri Medvedev Rusiyanın hava məkanının tranzit uçuşlar üçün qadağan ediləcəyi barədə xəbərdarlıq etdi.

Bu gün Rusiya məmurlarından sərt ritorikaları eşitmək mümkün deyil. Əksinə, bəyanatlar verilir ki, Rusiya tərəfindən antisanksiya addımlarının yeni raundunu gözləmək lazım deyil.

“Biz sanksiyalara cavab tədbirlərin tərəfdarları deyilik. Bu yalnız o zaman olacaq ki, ölkəmizin iqtisadiyyatına zərər vurmasın”, - deyə Qərbin sanksiyalar siyahısına daxil edilən Dmitri Kozak bildirib.

Rusiya verilən bəyanatların əksinə Qərbin sanksiyalarına cavab verməkdən imtina etdi?

Ekspertlərin əksəriyyəti bunun səbəbini ərzaq embarqosunun uğursuz təcrübəsi ilə izah edir. Xatırladaq ki, 6 avqust 2014-cü ildə prezident Vladimir Putinin imzaladığı qərarla ərzaq idxalı tətbiq olunub.

“Avropa və ABŞ-dan ərzağın idxalına qoyulan qadağa Rusiya üçün daha böyük zərbə oldu, nəinki onun ticarət partnyorlarınan. Embarqo altında olan mallar Rusiyanın ərzaq bazarının təxminən 20 faizini tuturdu. Ərzaq embarqosu Qərb üçün daha az ağrılı oldu, axı bu məhsullar Avropa Birliyi və ABŞ-ın ümumi ixracının yalnız 1 faizinə toxundu", - deyə Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq təhlükəsizliK mərkəzinin direktoru Aleksey Arbatov bildirib.

Onun sözlərinə görə, ərzaq embarqosunun Rusiya üçün ağrısız keçdiyi barədə ölkə məmurlarının bəyanatları tutarsız görünür: “Rusiya iqtisadiyyatın indiki vəziyyətində antisanksiya variantını tapmaq çox çətindir. Məsələn, Rusiyanın hava məkanında tranzit uçuşlarına qadağanın tətbiq olunması əcnəbilər üçün hava daşınmalarının kiçik bahalaşmasına gətirib çıxaracaq. Amma Avropaya uçuşların qadağan edilməsi, Rusiyanən ən böyük milli yük təyyarəsi olan “Aeroflot”un müflis həddinə çıxara bilər. Sanksiyalar müharibəsini davam etdirmək üçün ən azı müqayisə edilə bilən iqtisadi göstəricilərə malik olmaq lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm