ABŞ bu İŞİD-çini yaxalayana 10 milyon mükafat verəcək
Bizi izləyin

Dünya

ABŞ bu İŞİD-çini yaxalayana 10 milyon mükafat verəcək

ABŞ Cihadçı Con ləqəbli ingilis əsilli İŞİD üzvünün yaxalanmasına kömək edən şəxslərə 9.75 milyon dollar mükafat verəcək.

Publika.az xəbər verir ki, ABŞ Senatı, amerikalı jurnalistlər James Folelay və Steven Sotloffdan sonra şotlandiyalı humanitar yardım könüllüsü David Hainesin də başını kəsən İraq Şam İslam Dövlətinin (İŞİD) terror təşkilatının Cihadçı Con ləqəbli ingilis əsilli üzvünün yaxalanmasına kömək edən şəxs və ya şəxslərə 9.75 milyon dollar mükafat verəcək.

Conun yaxalanması üçün ABŞ və İngiltərə kəşfiyyatı bölgədə və İngiltərədə ciddi kəşfiyyat materialları toplayır.

ABŞ prezidenti Barak Obama İŞİD-in Suriyadakı qalası kimi tanınan Rakkada gizləndiyi ehtimal olunan Conun tapıldığı andaca öldürülmə təlimatını verib. Kəşfiyyat dairələrinin şəxsiyyətini müəyyənləşdirdiyi Conun təşkilata qatılmazdan əvvəl Londonda yaşadığı və ailəsinin də sorğulandığı deyilir.

Xatırladaq ki, İŞİD-in başını kəsəcəyi növbəti əsirlərdən olan milliyətcə ingilis, humanitar yardım könüllüsü Alan Henningin xanımı Barbara İŞİD yaraqlılarından həyat yoldaşının azad edilməyini istəyib. Barbara Hening ərinin Suriyada yaxalandığı vaxt mülki şəxslərə humanitar yardım aparmaqdan başqa bir məqsədinin olmadığını vurğulayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm