Türkiyə vətəndaşlarını bu İŞİD-çilərlə dəyişiblər - İDDİA
Bizi izləyin

Dünya

Türkiyə vətəndaşlarını bu İŞİD-çilərlə dəyişiblər - İDDİA

Türkiyə hökuməti biri polis və biri hərbçi olmaqla üç vətəndaşını öldürən, daha sonra ifadə verməyi rədd edərək “savab iş gördüm, ifadə vermərəm, siz hamınız müşriksiniz” deyən İŞİD üzvündən türk girovların xilas edilməsi üçün istifadə edibmi?

Publika.az xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ-a gedən zaman ona “Türkiyə vətəndaşlarının xilası üçün mübadilə edildimi?” sualına belə cavab verib: “Bəlkə də, olub, ancaq mən diqqəti buna ayırardım: mənim 49 vətəndaşım qarşılığında heç bir şey dəyərli deyil. Həmd olsun, vətəndaşlarımız ailələrinə qovuşdu”.

“Yeni Şəfəq” qəzeti bu məsələni araşdırıb və Türkiyə vətəndaşlarının kimlərlə mübadilə edildiyini tapıb. Qəzet yazıb: “49 şəxs qarşılığında İŞİD üçün çox vacib olan bir neçə şəxsdən mübadilədə istifadə edilib”.

O şəxslər kimdir?

Mətbuatın yazdığına görə, Türkiyədə həbsdə olan İŞİD yaraqlıları ilə əsirlərin mübadiləsi gündəmə gələn zaman görüş yeri dəyişdirilib. Belə ki, Ərbil-Ankara yolu deyil, Akçaqala yolunun seçildiyi məlum olub.

Akçaqala sərhəd məntəqəsində həyata keçirilən mübadilədə hansı İŞİD yaraqlılarının təhvil verildiyi, hələlik, məlum deyil.

Amma hamı xatırlayar ki, Niğdənin Uluqışla rayonunda bir polis, bir baş zabit və bir vətəndaşı şəhid edən üç İŞİD terrorçusu həbs edilib. İndi isə maraq doğuran mövzu mübadilədə həmin terrorçulardan istifadə edilib-edilməməsidir.

Çox vacib şəxslər...

Qəzet araşdırmasına bu cür davam edir:

“Prezident R.T.Ərdoğan ABŞ-a gedən zaman ona “Türkiyə vətəndaşlarının xilası üçün mübadilə edildimi?” sualına “bəlkə də, olub, ancaq mən diqqəti buna çəkərdim: mənim 49 vətəndaşım qarşılığında heç bir şey dəyərli deyil. Həmd olsun, vətəndaşlarımız ailələrinə qovuşdu” açıqlamasındakı “bəlkə də, olub” cümləsi marağı daha da artırıb. Bunun üçün işin pərdəarxasını araşdırdıq. Mütləqdir ki, mübadilə olub. Ancaq kimlərlə? Vətəndaşlarımızın qarşılığında İŞİD-ə kimlər verilib?

Belə ki, İŞİD üçün çox vacib, əhəmiyyətli olan şəxslərdən bu mübadilədə istifadə edilib. Bu, MİT-in çox ciddi əməliyyat uğurudur. Hər hansı əlaqədən istifadə etmədən bu cür möhtəşəm bir uğuru necə əldə edə bilərdi?”

MİT qanunundan istifadə edildi

Ərdoğana yaxın media orqanlarının da etiraf etdiyi mübadilə hadisəsində 2014-cü il aprel 14 -də qəbul edilən və ictimaiyyətdə “MİT qanunu” kimi tanınan qanundan istifadə edilib.

Həmin qanunun 6-ci maddəsində belə qeyd olunub:

“Türkiyə vətəndaşları xaric, haqqında həbs qətiimkan tədbiri seçilmiş və seçilməmiş şəxslər, milli təhlükəsizlik və ya ölkə mənfəəti üçün vacib olduğu halda, xarici işlər nazirinin tələbi, ədliyyə nazirinin təklifi və baş nazirin təsdiqi ilə başqa ölkəyə təhvil verilə bilər və başqa ölkədə haqqında həbs qətiimkan tədbiri seçilmiş və seçilməmiş şəxslərlə mübadilə edilə bilər”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm