Dünya
Putin Ukraynanın bank bazarına xəbərdarlıq etdi
“Ukraynanın bank sektorundakı müəssisələrin 30 faizindən çoxu Rusiyanın payına düşür. Əgər Rusiya Ukraynanın bank sektorundan çıxarsa, bu Ukrayna iqtisadiyyatına ciddi zərbə olacaq”.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin VTB bankının rəhbəri Andrey Kostinlə görüşdə söyləyib.
“Rusiya Federasiyası bankları çətinliklərə baxmayaraq, Ukraynada işini davam etməlidir. Çünki bu bazardan çıxmağımız Ukrayna iqtisadiyyatına ciddi zərbə vuracaq”, - deyə Rusiya prezidenti bildirib.
A.Kostin isə qeyd edib ki, VTB-nin Ukraynadakı ofislərində vandalizmin aktları baş verir, bankın əməkdaşları təhdid olunurlar.
Xatırladaq ki, VTB bankı ABŞ və Avropa Birliyi, eləcə də Kanadanın sanksiyalarına mərub qalıb. İndiki halda isə onun Ukrayna maliyyə bazarını tərk etmək istəməməsi başadüşüləndir.
Ömər Dağlı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR