Prezident qızının işi məhkəməyə göndərildi
Bizi izləyin

Dünya

Prezident qızının işi məhkəməyə göndərildi

Özbəkistan prezidenti Gülnarə Kərimova cinayətkar fəaliyyətdə iştirakda şübhəli sayılan şəxslərin siyahısına daxil edilir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Özbəkistan Baş prokurorluğunun mətbuat xidmətinin rəhbəri Qulnoza Rəhimov bildirib.

Onun sözlərinə görə, müəyyən edilmiş qrup üzvlərinin çox hissəsi barəsində materiallar məhkəməyə göndərilib.

Qrupun üzvləri 2011-2013-cü illərdə sahibkarlıq adı altında cinayətləri törətməkdə, şantaj və sənədlərin saxtalaşdırması yolu ilə dövlətin əmlakına böyük miqdarda zərər vurmaqda ittiham olunur. Mətbuat xidmətinin nümayəndəsi həmçinin G.Kərimovun həddi-buluğa çatmamış qızı barəsində bəzi KİV-lərin xəbərlərini təkzib edib.

Medianın yazdığına görə, G.Kərimovun qızı İman ABŞ vətəndaşlığına malikdir və o, anası ilə birlikdə təcrid olunmuş şəraitdə yaşayır. Onun yaşıdları ilə ünsiyyət imkanlarına malik olmadığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm