Polşa Ukraynanı silahlandırmağa hazırdır
Bizi izləyin

Dünya

Polşa Ukraynanı silahlandırmağa hazırdır

Kiyev müraciət edəcəyi halda, Polşa hakimiyyəti Ukraynaya silah satmağa hazırdır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Polşanın müdafiə naziri Tomaş Semonyak bildirib.

“Mən təsdiq edirəm ki, Ukraynaya silah satmaqda Polşa müdafiə sənayesi maraqlıdır. Bir neçə məhsulumuz var ki, Ukrayna üçün cəlbedici ola bilər”, - deyə Polşa müdafiə idarəsinin başçısı qeyd edib.

Onun sözlərinə görə, Polşa silahlarını almaq üçün arzunu nümayiş etdirmək kifayətdir: “Axı Polşa zavodları istehsal etdikləri silahları ixrac etməyi arzulayırlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm