Krım tatarlarının ölüm siyahıları hazırlanır
Bizi izləyin

Dünya

Krım tatarlarının ölüm siyahıları hazırlanır

Krımda “ləğv edilməsi” lazım olan Krım tatarlarının siyahısı hazırlanır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmilov bildirib.

“Krım tatarların yerli məclislərinin nümayəndələri siyahıya alınır. Hansı ki, onları "ləğv etmək" istəyirlər. İnsanlar yay ox olmağa məcburdur, ya da onları “ləğv edirlər”, - deyə Krım tatarlarının lideri söyləyib.

Yayılan xəbərlərə görə, Krımda evlərdə və müsəlmanların təhsil müəssisələrində kütləvi axtarışlar davam edir. Sentyabrın 17-da isə Krım Tatar Məclisinin Simferopol nümayəndəliyi Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının basqınına məruz qalıb və bina möhürlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm