Ərdoğan yəhudilərlə görüşü ləğv etdi
Bizi izləyin

Dünya

Ərdoğan yəhudilərlə görüşü ləğv etdi

ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dünya Yəhudi Konqresinin rəhbəri Ronald Lauderin başçılıq etdiyi nümayəndə heyəti ilə Nyu-Yorkda planlaşdırılan görüşü ləğv oldu.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, buna səbəb Dünya Yəhudi Konqresi heyətinin görüşün vaxtını dəyişdirmək istəyi olub.

Dünya Yəhudi Konqresinin səlahiyyətliləri bu səhər Türkiyə tərəfi ilə əlaqə saxlayaraq görüşün bir başqa gün və ya saata dəyişdirilməsini istəyib. Prezident Ərdoğan isə programın sıxlığını əsas gətirərək planlaşdırılan görüşü ləğv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm