TBMM İran və Suriya ilə bağlı qanunlar qəbul edəcək
Bizi izləyin

Dünya

TBMM İran və Suriya ilə bağlı qanunlar qəbul edəcək

Türkiyə Böyük Millət Məclisinə oktyabrın 2-də İran və Suriya ilə bağlı iki qanun layihəsi daxil ediləcək.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş nazir müavini və hökumət sözçüsü Bülent Arınc bildirib.

Dünyada terrora son qoymaq üçün ortaq bir platformanın qurulmalı olduğunu deyən baş nazir müavini qeyd edib ki, İŞİD-i ortaya çıxaran səbəblər ləğv olunmalıdır. O, İraq hökuməti ilə də əlaqələri genişləndirəcəyini ifadə edib.

B.Arınc Suriya-Türkiyə sərhədindən təhlükəsizlik bölgəsinin yaradılmasının Birləşmiş Millətlər Təşkilatının qərarı ilə mümkün olacağını söyləyib. Baş nazir müavini bəzi BDP-li millət vəkillərinin Türkiyə-Suriya sərhədinə gələrək şou və suriyalı kürdlərə “sizi biz xilas etdik” görüntüsü yaratmaq istədiklərini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm