Ukrayna Mariopula hərbi texnika və canlı qüvvə toplayacaq
Bizi izləyin

Dünya

Ukrayna Mariopula hərbi texnika və canlı qüvvə toplayacaq

Ukrayna hakimiyyəti Donetsk vilayətinin Mariupol şəhərinin möhkəmləndirilməsi üzərində işləyəcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov bildirib.

“Biz Mariupola güclü hərbi yardım haqqında Nazirlər Kabineti ilə danışacağıq. Hər sonrakı saat müdafiə qabiliyyətimizin gücləndirilməsi üçün istifadə ediləcək”, - deyə A.Turçinov söyləyib.

Xatırladaq ki, avqustun sonlarında separatçılar Rusiya hərbçiləri və hərbi texnikanın birbaşa iştirakı Donetsk vilayətinin Novoazovsk şəhərinə daxil olub və Mariupol istiqamətinə hücuma başlayıb. Sentyabrın 4-də Mariupolun yaxınlığında şiddətli toqquşmalar başlayıb. Şəhərdə hazırda Donetsk vilayətinin administrasiyası yerləşir və Ukrayna ordusunun nəzarəti altındadır. Şəhər Azov dənizi sahilindəki və Krıma gedən quru yolda strateji məntəqə hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm