Çeçenlər ukraynalı əsirlərin qulağını kəsirdi”
Bizi izləyin

Dünya

Çeçenlər ukraynalı əsirlərin qulağını kəsirdi”

“Qondarma Donetsk Xalq Respublikasından olan terrorçular əsirlərə işgəncə verirdilər. Onların hamısını xəndəyə doldurub təhqir edirdilər”.


Publika.az xəbər verir ki, bu haqda "Qromadske Тelebaçennya" telekanalına müsahibəsində ukraynalı əsirlərdən biri danışıb:

“Çeçen döyüşçülər xüsusilə vəhşilik edirdi. Kadırovun adamlarından biri atası ilə telefonla danışanda söz vermişdi ki, ukraynalıların qulağını kəsib ona hədiyyə aparacaq. Elə də edirdi. Gözümün qarşısında bağbanların istifadə etdiyi qayçı ilə əsirlərin qulağını kəsdi”.


Onun sözlərinə görə, separatçıların tələblərini yerinə yetirməyənlər öldürülüb: “Zabitlərimizdən birinə dizi üstə oturmaq əmri verildi. O bunu etmədi, terrorçulara əyilmədi. Yerə uzadıb başını kəsdilər”.


Keçmiş hərbi əsir onu da deyib ki, saxlanıldıqları xəndəyin dərinliyi 4,5 metr imiş. Bundan əlavə, onu başqa əsirlərlə birgə Donetskə aparıblar. Orada hərbi əsirlərin paradında iştirak edib, təhqirə məruz qalıb:

“Onlar sadəcə vəhşidirlər. Adamlıq hissləri yoxdur. Qaça bilməməyim üçün ayağımdan güllə ilə vurdular. Hərdən o çeçen məni öz itinin zəncirinə bağlayırdı. Elə itlə birgə it damında yatırdım”.

Ukraynalı əsir deyib ki, bunları xatırlamaq ağır olsa da, intiqam almayacaq.


Qeyd edək ki, KİV-də separatçılar tərəfdən vuruşan çeçenlərlə bağlı xeyli informasiyalar dərc olunub. Onların Donbasda vuruşduqları hər gün üçün 300 dollar aldıqları bildirilir.


İlqar


Oxumağa davam et
Reklam
Reklam

Gündəm