.jpg)
Türkiyə xüsusi xidməti İraqda girovların azad edilməsi əməliyyatı zamanı bir əməkdaşını itirib. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin “Hüriyyət” qəzetinə istinadən xəbər yayıb.
Onun sözlərinə görə, Türkiyə xüsusi xidmətinin əməkdaşı “İslam Dövləti”nin yaraqlıları tərəfindən öldürülüb.
İyunun 19-da İraqın Mosul şəhərində “İslam Dövləti” terror
təşkilatı tərəfindən girov götürülən 49 türk diplomatı Türkiyə
kəşfiyyatının (MİT) keçirdiyi xüsusi əməliyyat nəticəsində azad
edilib. Əməliyyatın detalları açıqlanmasa da, ölkə kəşfiyyatının
buna uzun müddət hazırlaşdığı qeyd edilir. Məlumata görə,
girovların azad edilməsi üçün Türkiyə terrorçulara heç bir vəsait
ödəməyib və onların heç bir şərti yerinə yetirilməyib.
Sentyabrın 20-də girovlar Vətənə qayıdıblar.