• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Obama yeni “Berlin divarı” tikməyə göstəriş verdi

  • Dünya
  • 23 Sentyabr 2014 13:18
  • 728 Baxış
Obama yeni “Berlin divarı” tikməyə göstəriş verdi

Ukrayna Rusiya ilə sərhəddə divarın tikintisinə başlayır. Bu günlərdə hökumət layihənin reallaşdırılması üçün maliyyənin təxminən 18 milyon dollarlıq ikinci tranşını keçirib. İlk olaraq isə 8 milyon dollar ayrılmışdı. Divarın tikintisinin isə Pyotr Poroşenkonun ABŞ-dan qayıtdıqdan dərhal sonra başlanması diqqət çəkir.

Publika.az-ın verdiyi xəbərə görə, ukraynalı mütəxəssislərin divarın tikintisi üçün 100 milyon dollardan çox lazım olacağını bildirirlər.

Bundan başqa Kiyevdə bir çoxları divarın məqsədəuyğunluğunaa şübhə ilə yanaşırlar. Ukrayno-Rusiya sərhədinin ümumi uzunluğu 2,3 min kilometrdir. Kiyev edir ki, Ukraynanın şərqindəki problem həll etmək sərhədin şəffaflıq vəziyyətinə görə mümkün deyil. Ukrayna hakimiyyəti muzdlular və Rusiya hərbçilərinin, həmçinin hərbi texnikanın Rusiya-Ukrayna sərhədini asanlıqla keçdiyini iddia edir.

Ukrayna hakimiyyətinin planına görə, divar ilk mərhələdə Çerniqov, Sumsk və Xarkov ərazilərində, Krımla inzibati sərhəddə, həmçinin Donetsk, Zaporojye və Herson vilayətlərinin Azov dənizinin sahili ilə tikiləcək. Luqansk və Donetsk vilayətlərinin təxminən 400 kilometrlik sərhədi isə separatçıların nəzarəti altındadır. Həmin ərazilərdə isə divarın daha sonra tikilməsi planlaşdırılır, lakin konkret tarix açıqlanmır. Layihədə tikanlı məftillər, müşahidə qüllələri, infra-qırmızı videokameralar və tank əleyhinə xəndəklər nəzərdə tutulub.

Divarın tikintisinin barışıq planının reallaşdırılması haqqında bəyanatlar fonunda qəribə hesab olunur. Ukrayna prezidenti Pyotr Poroşenko ötən bazar günü ölkə telekanallarından birinə Donbas hövzəsində vəziyyətin yaxşılaşdığını bildirib. O, qeyd edib ki, Ukraynanın Rusiya ilə müharibəni uda bilmədiyi üçün Minsk razılaşmaları lazım idi. Kiyev Donbas hövzəsinin xüsusi status haqqında qanun layihəsini Ali Radada artıq təsdiq etdirib. “Heç bir məsələ Ukraynanın daxili siyasəti, müstəqilliyi, ərazi bütövlüyü və ya kilsəni təhlükə altına qoya bilməz. Ukrayna müstəqilliklə ticarət etmir”, - Poroşenko deyib. O, qeyd edib ki, Luqansk və Donetsk separatçılarının nəzarət etdiyi rayonların sərhəd xətlərini Ukrayna sərhədçiləri qoruyacaqlar.

Kiyev ümid edirdi ki, Poroşenkonun Vaşinqton səfərində ABŞ-ın NATO-dan kənar strateji partnyoru statusunu Barak Obamadan almaq mümkün olacaq. Konqresin bu təşəbbüsü dəstəkləməsi də Kiyevin ümidlərini artırırdı. Ancaq bu mümkün olmadı. Poroşenko yalnız Ukrayno-Rusiya danışıqlarda Obamanın daha aktiv iştirakı haqqında razılaşmaya nail ola bildi. Ukrayna prezident administrasiyası başçının müavini Valeri Çalıy qeyd edib ki, danışıqlarda Rusiya ilə eyni güclü nüvə ölkəsinin prezidenti olacaq və nəticə də olacaq. O, həmçinin bildirib ki, Ukrayna danışıqların Cenevrə (Ukrayna, Avropa Birliyi, ABŞ, Rusiya Federasiyası) və Normandiya formatlarından (Ukrayna, Almaniya, Fransa, Rusiya Federasiyası) imtina etmir.

Kiyevdə ekspertlər qeyd edirlər ki, bütün danışıqlarda əsas çatışmazlıq Qərbin real vəziyyəti görməməyə üstünlük verməsi, hərəkətlərin bəyanatlara uyğun olmamasıdır. Politoloq İqor Semivolos bildirir ki, Qərb siyasətçiləri öz ölkələrinin yeni dünya müharibəsinə cəlb edilməsini istəmir. “Özünüz təsəvvür edin, Almaniya, Fransa, ABŞ və başqa ölkələrin liderləri vətəndaşlarından Donetskdə Ukrayna bayrağının qaldırılması üçün ölməyə hazır olub-olmadığını soruşur. Cavab əlbəttə ki, mənfi olacaq. Qərb vuruşmaq istəmir. Onlar barışıq sistemini inşa etməyə çalışırlar. Onlar Rusiyanın sanksiyalarla zəiflədiləcəyini güman edirlər”,- deyə ekspert vurğulayıb.

Hazırda sülh danışıqlarını üçtərəfli əlaqə qrupu (Ukrayna, Rusiya və separatçıların iştirakı ilə ATƏT) aparır. Atəşkəs barəsində ilkin razılaşma 5 sentyabrda Minskdə imzalanıb. Ukrayna böhranı üzrə üçtərəfli əlaqə qrupunun (Rusiya-Ukrayna-ATƏT) 19 sentyabrda Belarusun paytaxtı Minskdə keçirilən iclasında isə 9 bəndlik memorandum imzalanıb. Razılaşmaya görə, qarşı tərəflər təmas xəttində 19 sentyabrdakı mövqelərində qalır, bütün silah növlərinin tətbiqi və hücum hərəkətləri dayandırılır, 100 millimetrdən yuxarı kalibrli silahlar təmas xəttindən ən azı 15 kilometr aparılır, ağır silahlar və ağır texnikanın yaşayış məntəqələrində yerləşdirilməsi məhdudlaşdırılır, bütün xarici muzdlular münaqişə zonasından çıxarılır.

Ukrayna tərəfi bildirir ki, separatçı güclər, həmçinin onların tərəfində vuruşan Rusiya hərbçiləri razılaşmanın müddəalarını yerinə yetirmirlər. NATO güclərinin Avropadakı baş komandanı general Filip Bridlov Ukrayna ərazisindəki Rusiya hərbçilərinin sayının son həftə ərzində xeyli azaldığını bildirsə də, onların öz hərbi hissələrinə qayıtmadığını, Rusiya-Ukrayna sərhədində döyüş hazırlığı vəziyyətində gözlədiyini söyləyib.

Separatçıların bəyanatları da prosesin yaxşı istiqamətdə getmədiyini göstərir. Dünən “Luqansk Xalq Respublikası”nın “baş naziri” İqor Plotniskiy Rusiya KİV-inə bildirib ki, “respublik” dekabr ayında planlaşdırılan seçkilərlə maraqlandır. Halbuki, Minsk razılaşmasında Ukraynanın şərqində yerli seçkilərin keçirilməsi əksini tapıb. “Bizdə öz seçkilərimiz olacaq, xalqımız bu və ya digər deputatı görmək arzusunu ifadə edəcək”, - separatçıların “baş naziri” deyib.

Beləliklə, o, “Donets Xalq Respublikası” liderlərinin bəyanatlarını (ərizələrini) təsdiqlədi ki, “xalq respublikaları” Ukraynanın hakimiyyəti altında qalmağa və Ukraynanın qanunlarını yerinə yetirməyə hazırlaşmır. Minsk görüşlərində iştirak edən “Donets Xalq Respublikası”nın “baş naziri” Aleksandr Zaxarçenko bildirib ki, “respublika”nın özünün Ali Soveti var və “respublika” ərazisində seçkilərin nə vaxt keçiriləcəyi məsələsini müstəqil həll edəcək.

Kiyevdə isə bu bəyanatlar qarşıdurmanın yeni mərhələsinə hazırlıq kimi qiymətləndirdi. Bundan sonra isə Rusiya ilə sərhəddə divarın tikintisinin başlanması barədə xəbərlər yayıldı. Rusiya Federasiyası prezident administrasiyasının başçısı Sergey İvanov bu xəbərləri şərh edərkən qeyd edib ki, divarın tikintisi Rusiya və Ukrayna arasında hər hansı münasibətləri bərpa etməyi qeyri-mümkün edəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR