Metro işçiləri üsyana qalxdılar
Bizi izləyin

Dünya

Metro işçiləri üsyana qalxdılar

Ötən axşamdan etibarən London metrosunun işçiləri 48 saatlıq tətilə başlayıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onlar "Transport for London" (TfL) bələdiyyə qurumunun bilet xəzinələrinin bağlanması və işçilərin ixtisara salınmasına etiraz edirlər.

Dəmir yolu və su nəqliyyatı həmkarlar ittifaqının (RMT) üzvləri və nəqliyyat işçiləri assosiasiyası (TSSA) təxminən min nəfərə yaxın işçi yerinin azaldılmasına etiraz edirlər.

Bu, son illər ərzində Londonda keçirilən ən böyük tətildir. London metrosu cümə günü səhər saatlarına qədər məhdud iş rejimində çalışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm