Ukrayna Qərbdən antiradar qurğuları alır
Bizi izləyin

Dünya

Ukrayna Qərbdən antiradar qurğuları alır

Ukrayna ordusu Qərdən antiradar qurğuları və rəqəmli kommunikasiya vasitələri alacaq.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna telekanalı ICTV-nin efirində Ukrayna prezident administrasiyası başçısının müavini Valeri Çalıy bildirib.

“Ukraynaya yalnız tanklar və zenit-raket sistemləri kifayət etmir. Bunlar bizdə var. Bizim başqa problemlərimiz var, antiradar qurğuları və rəqəmli kommunikasiya vasitələri kifayət qədər deyil. Bütün bunlar Ukraynaya veriləcək və artıq verilir”, - deyə V.Çalıy qeyd edib.

Xatırladaq ki, keçən həftə Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-a səfər edib və silahların çatdırılması barədə xahiş edib. Amerika Senatının beynəlxalq əlaqələr komitəsi Ukraynaya 2015-ci ildə (tank əlehinə silah və pilotsuz uçuş aparatları da daxil olmaqla) 350 milyon dollarlıq hərbi yardım və “ABŞ-ın NATO-dan kənar strateji müttəfiqi statusu” haqqında qanun layihəsini bəyənib. Ancaq qanun layihəsi Konqres tərəfindən hələ qəbul edilməyib.

Dünən isə Poroşenko bildirdi ki, Ukrayna ABŞ və bir neçə başqa ölkədən silah alacaq. Ukrayna hakimiyyəti xaricdən silah alınması barədə dəfələrlə açıqlama versə də, adı çəkilən təchizatçılar bu xəbərləri təkzib ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm