Dünya
“Vaşinqton Moskvaya ikinci cəbhəni Qafqazdan açacaq”
“Rusiya vəhhabiləri çoxdan beynəlxalq terror şəbəkəsinə qoşulub və artıq onların ayrılmaz parçasıdır”.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Strateji İnstitutun eksperti, rusiyalı islamşünas alim Rais Suleymanov deyib.
O,”İmarat Qafqaz”ın hələ də Rusiya üçün təhlükə olaraq qalmaqda davam etdiyini bildirib:
“Şimali Qafqazda islam radikalizmi Rusiya üçün həll edilməmiş, əsas yaralı nöqtələrdən biri kimi qalır. 7 il bundan öncə terrorçu Doku Umarov tərəfindən yaradılmış “İmarat Qafqaz” hətta onun rəhbərinin öldürülməsindən sonra belə Rusiya üçün əsas təhlükələrdən biri kimi qalmaqda davam edir. 2011-ci ildə Suriyanın yaydığı açıqlamadan da bəlli olur ki, bu ölkədə vəhhabilərin tərəfində vuruşan şəxslərdən 2000 nəfəri Rusiya vətəndaşıdır və onların 1700 nəfərini Şimali Qafqazdan çıxan şəxslər təşkil edir. Onların sonradan İŞİD-ə qoşulması göstərir ki, Rusiya vəhhabiləri çoxdan beynəlxalq terror şəbəkəsinə qoşulub və artıq onların ayrılmaz bir parçasıdır. Suriya və İraqda döyüş təcrübəsi yığan rusiyalı vəhhabilər öz ölkələrinə qayıdıb buradakı Şimali Qafqaz və Povoljye bölgələrindəki həmfikirlərinə dəstək ola bilərlər. Həmçinin Yaxın Şərqdə “cihad”da iştirak etmiş şəxslər bura qayıtdıqdan sonra Şimali Qafqazdakı vəhhabilər, xüsusilə də gənclərin gözündə qəhrəman kimi təsəvvür olunacaqlar ki, bu da onların sırasının genişlənməsinə gətirib çıxaracaq”.
Ekspert son 19 il ərzində Şimali Qafqazda 62 müsəlman liderinin öldürüldüyünü söyləyib:
“İŞİD artıq özünün geopolitik hədəfləri çərçivəsində Şimali Qafqazın da adını vurğulayıb. Vaşinqtonun xarici siyasətinin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, onlar bir düşmənlərindən digərlərinə qarşı istifadə edə bilirlər. Yaxın Şərqdəki vəhhabilər ABŞ-a Rusiyadan daha çox nifrət edirlər, amma Vaşinqton öz düşmənlərini maddi dəstək verməklə Moskvaya qarşı yönəldə bilər. Mətbuatın Ukrayna hadisələrinə zəncirlənməsinə baxmayaraq, islam terrorizmi Şimali Qafqaz üçün aktual problem olaraq qalır. Dini ekstrimizmi kəskin tənqid edən Şimali Osetiyanın müftisi Rəsul Həmzətovun 17 noyabr 2014-cü ildə qətlə yetirilməsi faktı bundan xəbər verir. Mənim hesablamalarıma görə, 1995-2014-cü illər ərzində 62 müsəlman dini lideri (müfti, müfti köməkçisi, sufi şeyxləri və s.) öldürülüb. Bu, böyük rəqəmdir. Ona görə də hazırda Rusiyaya qarşı - bütün diqqətlərin Ukraynaya yönəldiyi vaxtda ikinci cəbhənin açılması ABŞ üçün ən sərfəli variantdır. “İmarat Qafqaz”ın ikinci nəfəsi üçün baza rolunu İraqdakı İŞİD-dən gəlmə vəhhabilər təşkil edəcək”.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var