Türkiyənin 49 diplomatının əvəzinə 50 İŞİD-çi – Şok iddia
Bizi izləyin

Dünya

Türkiyənin 49 diplomatının əvəzinə 50 İŞİD-çi – Şok iddia

İŞİD-in girovluğundakı 49 türk diplomatının azad olunmasından sonra səslənən iddialara daha biri əlavə edildi.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, türk diplomatlarına əvəz olaraq Suriyadakı “Tövhid Briqadası”nın əlindəki 50 İŞİD-çi azad olunub.

Onların arasında İŞİD-in öldürülən komandirlərindən Əbu Bəkirin həyat yoldaşının da olduğu deyilir. İŞİD “Əbu Bəkirin əmanəti” adlandırdığı həyat yoldaşını “İŞİD-in namusu” hesab edir.

Bundan əvvəl isə iddia səslənmişdi ki, Türkiyə hökuməti biri polis və biri hərbçi olmaqla üç vətəndaşını öldürən, daha sonra ifadə verməyi rədd edərək “savab iş gördüm, ifadə vermərəm, siz hamınız müşriksiniz” deyən İŞİD üzvündən türk girovların xilas edilməsi üçün istifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm