İsrail Suriya qırıcısını vurdu
Bizi izləyin

Dünya

İsrail Suriya qırıcısını vurdu

İsrail ordusu Qolan təpələrində bir Suriya qırıcısını vurduqlarını açıqlayıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, İsrail hava ərazisinə daxil olan Suriya qırıcısının hava müdafiə sistemləri tərəfindən vurulduğu deyilib.

Açıqlamada Qolan təpələri üzərində İsrailin hava sərhədlərini pozduğu iddia edilən qırıcının vurulduqdan sonra Suriya tərəfdəki Kanakir bölgəsində düşdüyü bildirilib.

Suriya tərəfi də İsrailin qırıcı təyyarəni vurduğunu təsdiqləyib. Suriya rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbələrə istinadən verdiyi xəbərində “İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı və Əl-Nüsrə Cəbhəsinə dəstək verən və BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) aldığı 2170 nömrəli qərarı ciddiyə almayan işğalçı İsrail, Suriya qırıcısına hücum etdi və vurdu” deyilib.

Xatırladaq ki, bölgədə son həftələrdə Əl-Nüsrə Cəbhəsi və Əsəd rejiminə aid qüvvələr arasında intensiv toqquşmalar baş verir.

Bölgənin böyük bir hissəsinə Əsəd rejiminə qarşı çıxan silahlılar tərəfindən nəzarət edilir.

İsrail ordusu üç həftə əvvəl elə həmin bölgədə bir ədəd pilotsuz təyyarəni vurduğunu da açıqlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm