İlk dəfə: 139 milyonluq "yırtıcı quş" İŞİD-i yerlə bir etdi - Foto
Bizi izləyin

Dünya

İlk dəfə: 139 milyonluq "yırtıcı quş" İŞİD-i yerlə bir etdi - Foto

ABŞ ilk dəfə olaraq Suriyaya təşkil edilən hərbi əməliyyatda F-22 qırıcı təyyarələrindən istifadə edib.

Axar.az xəbər verir ki, ABŞ ordusu ərəb ölkələrinin də dəstəyi ilə Suriyada 50 İŞİD hədəfini vurub. ABŞ ordusu 139 milyon dollarlıq F-22-ni məhz ilk dəfə İŞİD-i vurmaqla sınayıb. Bu təyyarələr radarlardan yayınma gücünə sahibdir.

Hərbi təyyarə daşıyan gəmidən F-16, F-18 və F-22 qırıcıları havaya qalxaraq İŞİD mövqelərini bombarmdan etməyə başlayıb. ABŞ mətbuatı bu təyyarəni "yırtıcı quş" adlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm