Dörd meyitxanada mindən çox cəsəd var
Bizi izləyin

Dünya

Dörd meyitxanada mindən çox cəsəd var

Ukraynanın şərqində antiterror əməliyyatları keçirilən ərazidəki 4 meyitxanada min çox cəsəd var.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror əməliyyatları zonasında zərərçəkənlərə kömık üzrə koordinasiya mərkəzinin iclasında Dneprepetrovsk vilayət administrasiyasının sədr müavini Svyatoslav Oliynık bildirib.

O, həmin cəsədlərdən 552-nin kimliyinin müəyyənləşdirilmədiyini deyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər üzrə koordinasiya idarəsinin yaydığı hesabata əsasən, Ukraynanın şərqində aprel ayından etibarən silahlı münaqişə başlayandan bəri, həlak olanların sayı 3171 nəfərə çatıb.

Bundan əlavə 367 min ukraynalı isə xarici ölkələrə üz tutublar. Bunun 325-i Rusiyaya köçüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm